Aşıq Ələsqər
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.
Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Yazın bir ayıdı çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın...
Zənbur çiçəyindən bal alı, dağlar.
Yayın əvvəlində dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana,
Payızın zəhməri qoyur virana,
Dağıdır üstündən calalı, dağlar.

+++++++++++++++++++++++++++++
Bu sözlərdə gərçək var...
Söz ruhdur, can üçün böyük dərmandır,
Cantək əzizliyi bəlkə ondandır.
Gör dünyada necə fərsiz insan var,
Bir quru çörəyə canı satırlar.
Söz deyən qəvvasdır, söz isə gövhər,
Bu gövhər çox çətin əmələ gələr
N.Gəncəvi.